
Türkiyə Böyük Millət Məclisinin (TBMM) AKP, MHP və DEM partiyalarının nümayəndələrindən ibarət nümayəndə heyəti bu gün İrmalı adasında PKK lideri Abdullah Öcalanla görüşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə TBMM-in Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Öcalanın “ətraflı ifadələri alınıb” və görüşün nəticələri “ictimai bütünləşmə, qardaşlığın möhkəmləndirilməsi və bölgəyə dair perspektivin müsbət istiqamətdə inkişafı baxımından faydalı” qiymətləndirilib.
TBMM-in məlumatına görə, müzakirələr əsasən Öcalanın 27 fevralda etdiyi “sülh və demokratik toplum çağırışı”, PKK-nın özünü buraxması və silahı tərk etməsi ilə bağlı müzakirələr, Suriyada 10 mart razılaşmasının həyata keçirilməsi üzərində cəmləşib. Bu mövzularla bağlı Öcalana bir sıra suallar ünvanlanıb və cavablar qeydə alınıb.
Xatırladaq ki, nümayəndə heyətində aşağıdakı şəxslər yer alıb:
AKP – Hatay millət vəkili Hüseyn Yayman
MHP – İstanbul millət vəkili Fəti Yıldız
DEM Parti – Qars millət vəkili Gülistan Kılıç Koçyiğit
Prosesin növbəti mərhələsinə dair əlavə məlumatların yaxın günlərdə ictimaiyyətə təqdim edəcəyi gözlənilir.
**13:54

Türkiyə parlamentinin Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının üç partiyadan ibarət nümayəndə heyəti PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşmək üçün İmralı adasına gedib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, görüşün texniki detalları bir gün əvvəl açıqlanıb.
Nümayəndə heyətinə Ədalət və İnkişaf Partiyasından Hüseyn Yayman, Milliyyətçi Hərəkat Partiyasından (MHP) Feti Yıldız və Xalqların Bərabərlik və Demokratiya Partiyasından (DEM) Gülistan Koçyiğit daxildir.
Görüşün bütün logistik və texniki detalları Milli Kəşfiyyat Təşkilatı tərəfindən planlaşdırılıb. Nümayəndə heyətinin İmralı adasına helikopterlə gedişi təmin edilib.
Məlumatlara görə, tarixi hesab edilən bu görüşün audio və videoyazıları qeydə alınacaq, lakin ictimaiyyətlə paylaşılmayacaq. Ədalət və İnkişaf Partiyasından bildiriblər ki, İmralı ziyarətinin ictimaiyyətdə yaratdığı həssaslıq nəzərə alınmaqla görüşdən fotoşəkillər dərc edilməyəcək.