UEFA Çempionlar Liqası: “Qarabağ” Bakıda “Ayntraxt”a qalib gəldi
YENİLƏNİB, VİDEO/ FOTO


Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində “Qarabağ” və “Ayntraxt” (Almaniya) komandaları arasında keçirilən oyun başa çatıb.

 

Senzor.az bildirir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matç təmsilçimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Ağdam klubunun heyətində qolları 4-cü və 80-ci dəqiqələrdə Kamilo Duran, 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə vurub. Rəqib komandada isə 11-ci dəqiqədə Can Uzun, 78-ci dəqiqədə isə Fares Çaibi fərqlənib.

 

Bu nəticədən sonra “Qarabağ” turnir cədvəlində 10 xalla 17-ci, 4 xala malik “Ayntraxt” isə 33-cü pillədə qərarlaşıb. 

Azərbaycan çempionu sonuncu matçını yanvarın 29-da İngiltərədə “Liverpul” klubuna qarşı keçirəcək.

 

**10:52


Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün liqa mərhələsində yeddinci oyununa çıxacaq.

 

Senzor.az bildirir ki, Ağdam təmsilçisi Almaniyanın “Ayntraxt” kollektivini qəbul edəcək.

 

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

 

Xatırladaq ki, “Qarabağ” hazırda 7 xalla 25-ci pillədə qərarlaşıb. Frankfurt klubu isə 4 xalla 33-cü yerdədir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.