
Davosa yola düşən ABŞ Prezidenti Donald Trampın təyyarəsində elektrik nasazlığı aşkar edilib və hava gəmisi Hərbi Hava Qüvvələrinin Endryusdakı aviabazasına qayıdıb.
Senzor.az bildirir ki, bu barədə Ağ Evin Mətbuat xidməti məlumat yayıb.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə deyib ki, hadisəyə kiçik elektrik nasazlığı səbəb olub.
ABŞ lideri aviabazada daha kiçik ölçülü təyyarəyə keçib və Sürixə uçub.
Qeyd edək ki, D.Tramp Davosda Dünya İqtisadi Forumunda iştirak edəcək.
