
Finlandiya Prezidenti Aleksandr Stubb amerikalı həmkarı Donald Trampı Arktika və Qrenlandiya ətrafında yaranmış gərginliyi müzakirə etmək üçün ənənəvi fin saunasına dəvət edib.
A.Stubb bu təklifi "The Washington Post"a verdiyi müsahibədə səsləndirib.
Onun fikrincə, mürəkkəb siyasi məsələlərin həlli üçün bəzən rəsmi mühitdən uzaqlaşaraq daha sadə və səmimi şəraitdə müzakirələr aparmaq effektiv nəticə verə bilər.
Finlandiya lideri bu təklifi həm də “qolf diplomatiyasından sauna diplomatiyasına keçid” kimi qiymətləndirib.