
Avstriya Prezidenti Aleksandr van der Bellen ABŞ-ı “keçmiş dost” adlandıraraq, onun Qrenlandiya və Venesuela ilə bağlı hərəkətlərini qınayıb.
Bu barədə OE24 məlumat yayıb.
Prezidentin sözlərinə görə, ABŞ-ın Venesuelaya müdaxiləsi beynəlxalq hüququ pozub.
“Həmçinin, keçmişdə dost olan bir dövlət (ABŞ – red.) Danimarkanın tərkibinə daxil olan, NATO və Avropa İttifaqının etibarlı üzvü və yaxın müttəfiqi olan Qrenlandiyanı qəsb etməyə cəhd göstərir” - van der Bellen əlavə edib.