Azərbaycan Prezidenti Davosda Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb - VİDEO/FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşüb.

 

Senzor.az bildirir ki, Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin salamlarını dövlətimizin başçısına çatdırıb.

 

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Qədər Dövlətinin Əmirinə çatdırmağı xahiş edib.

 

Görüşdə əlaqələrimizin mövcud səviyyəsindən məmnunluq ifadə olunub, əməkdaşlığın bir çox istiqamətlər üzrə, o cümlədən iqtisadi-ticari müstəvidə inkişafı üçün geniş potensialın olduğu vurğulanıb, ölkələrimiz arasında mövcud sıx münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik bildirilib.

 

ARDNŞ tərəfindən Azərbaycan qazının Suriyaya çatdırılması vasitəsilə bu ölkənin enerji təchizatının bərpası işində ölkələrimizin uğurlu əməkdaşlığı qeyd edilib.

 

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.