ABŞ Venesuela üçün prezidentliyə namizədini seçdi

ABŞ Konqresi müxalifət lideri Mariya Korina Maçadonu Venesuelanın yeni lideri kimi təsdiqləyib.

 

Bu barədə “The New York Times” Konqresdə Maçado ilə qapalı görüş keçirən Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin üzvlərinə istinadla məlumat yayıb.

 

Konqresmen Maykl Makkol bildirib ki, Maçado ölkəyə rəhbərlik etmək üçün lazım olan hər şeyə malikdir. Onun sözlərinə görə, Venesuelaya siyasi keçid həyata keçirə və ölkəni uzunmüddətli böhrandan çıxara biləcək dürüst rəhbərlik lazımdır.

 

Konqresmen Mayk Loler də qeyd edib ki, Venesuela mümkün qədər tez demokratiya və azad seçkilərə getməlidir.

 

Məlumata görə, müxalifət lideri Maçado və müvəqqəti Prezident Delsi Rodriges ABŞ Prezidenti Donald Trampın dəstəyini qazanmağa və özlərini keçid dövrünə rəhbərlik etmək üçün ən uyğun namizədlər olduqlarına inandırmağa çalışırlar.(Teleqraf)

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.