Tramp Avropanın siyasi və iqtisadi kursunu tənqid etdi: DÜZGÜN İSTİQAMƏTDƏ GETMİR

ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumundakı (DİF) çıxışında Avropanın siyasi və iqtisadi kursunu tənqid edib.

 

Senzor.az bildirir ki, Trampın fikrincə, Avropa ölkələri lazım olan istiqamətdə deyil, başqa bir yolda irəliləyirlər.

 

"Avropanı sevirəm və istəyirəm ki, Avropa çiçəklənsin, amma hazırda o düzgün istiqamətdə hərəkət etmir", – deyə Tramp Dünya İqtisadi Forumunda bildirib.

 

O qeyd edib ki, Avropanın bəzi yerləri açığı, artıq tanınmaz haldadır".

 

Amerikalı lider vurğulayıb ki, bu dəyişikliklər müsbət yox, mənfi istiqamətdə baş verir. Xüsusilə o, Avropanın miqrasiya siyasətini və enerji sahəsindəki siyasətini tənqid edib.

 

Trampın sözlərinə görə, son onilliklərdə belə bir ümumi qəbul olunmuş fikir formalaşıb ki, guya iqtisadi artım daim artan dövlət xərclərindən, genişmiqyaslı miqrasiyadan və xaricdən idxaldan asılıdır.

 

"Hamı razılaşdı ki, guya "çirkli işlər" və ağır sənaye başqa yerlərə köçürülməlidir, əlçatan enerji yeni "yaşıl fırıldaq"la əvəzlənməlidir və ölkələr uzaq diyarlardan tamamilə fərqli yeni əhalinin miqrasiyası hesabına dəstəklənə bilər", – deyə Tramp əlavə edib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.