
Cenevrədə Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski hava limanına yola düşməzdən əvvəl qapalı formatda iki saatlıq görüş keçirib.
Senzor.az bildirir ki, bu barədə "RİA Novosti" agentliyinə danışıqlar qrupundakı mənbə məlumat verib.
Məlumata görə, görüş üçtərəfli məsləhətləşmələr üçün nəzərdə tutulmuş məkanda baş tutub.
"Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski hava limanına yola düşməzdən əvvəl "InterContinental" hotelində qapalı rejimdə iki saatlıq danışıqlar keçirib", - deyə məndə bildirib.
Rusiya nümayəndə heyətinin rəhbəri ilə bu görüşdə iştirak edən şəxslərin kimliyi açıqlanmır.
Bəs danışıqlar necə keçib və nə ilə nəticələnib?
Ətraflı aşağıdakı videomaterialda: