
Rusiya hökuməti Dövlət Dumasına əmək miqrantlarının 18 yaşına çatmış övladlarının ya 30 gün ərzində Rusiyanı tərk etməsini, ya da iş icazəsi almasını tələb edən qanun layihəsi təqdim edib.
Senzor.az-ın yerli KİV-ə istinadən xəbərinə görə, Dövlət Dumasının elektron məlumat bazasında dərc olunmuş sənədin izahlı qeydində göstərilir ki, yetkinlik yaşına çatdıqdan sonra belə şəxslər Rusiya Vergi Məcəlləsinin 227.1-ci maddəsində nəzərdə tutulduğu kimi, müəyyən edilmiş qaydada iş icazəsi üçün müraciət etməli və sabit avans ödənişi etməlidirlər.
Qeyd edək ki, ötən ilin oktyabr ayında Rusiya Prezidenti Vladimir Putin 2026-2030-cu illər üçün Rusiya miqrasiya siyasəti konsepsiyasını təsdiqləyib.