
ABŞ-ın xüsusi xidmət orqanları hesab edirlər ki, Çin yeni nəsil nüvə silahları hazırlayır və nüvə arsenalının transformasiyası çərçivəsində artıq bir sınaq keçirib.
Bu barədə CNN öz mənbələrinə istinadən məlumat verib.
Mənbələrin məlumatına görə, Çin nüvə arsenalına qoyulan investisiyalar sayəsində digər dominant nüvə gücü ilə müqayisə olunmayan texniki imkanlar qazanacaq. Qeyd olunur ki, Çin 2020-ci ilin iyun ayında ölkənin şimal-qərbindəki Lop-Nur obyektində sınaq keçirib və bununla da 1996-cı ildən tətbiq edilən moratoriumu pozub.
ABŞ-ın xüsusi xidmət orqanları hesab edirlər ki, sınaq Çinin yeni nəsil nüvə silahları hazırlamaq istəyindən irəli gəlib. CNN həmçinin bildirir ki, Çin ölkənin heç vaxt istehsal etmədiyi aşağı məhsuldar taktiki nüvə silahları hazırlaya bilər.