Ərdoğan: “Dünyada Türkiyə rüzgarı əsir” - VİDEO

"Bu gün dünyada Türkiyənin nə düşündüyü, nə etdiyi, yeni qlobal və regional proseslər fonunda harada dayandığı və hansı addımları atacağı ciddi maraq doğurur".

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin beynəlxalq mövqeyi və təhlükəsizlik siyasəti ilə bağlı açıqlama verdiyi zaman deyib.

 

Onun sözlərinə görə, Türkiyə beynəlxalq gündəmin əsas aktorlarından birinə çevrilib.

 

Prezident vurğulayıb ki, NATO-nun ən böyük və ən genişmiqyaslı hərbi təlimlərindən biri olan “Steadfast” təlimi Türkiyə Silahlı Qüvvələrinin (TSK) çatdığı səviyyəni bütün dünyaya bir daha nümayiş etdirib.

 

Ərdoğan “Terrordan azad Türkiyə” prosesi ilə bağlı da danışaraq qeyd edib ki, cəmiyyət bu mərhələyə tam şəkildə sahib çıxır.

 

“Terrordan qidalananlara, terror üzərindən siyasi və maddi qazanc əldə etməyə çalışanlara baxmayaraq, proses öz hədəfinə doğru möhkəm və qətiyyətli addımlarla irəliləyir”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

 



 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.