
Ermənistanın Baş naziri Nikol Paşinyan 3-4 mart tarixlərində Gürcüstana işgüzar səfər edəcək.
Senzor.az bildirir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, Paşinyan səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşəcək.
Baş nazirlər Gürcüstan-Ermənistan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında iştirak edəcək, bunun ardınca isə mətbuata bəyanatlar verəcəklər.