İran gərginliyi:
İSRAİL YÜZLƏRLƏ HƏKİMİ GERİ ÇAĞIRIR

İsrail hakimiyyəti İranla hava müharibəsinin başlanmasından sonra xaricdə qalan həkimləri ölkəyə qaytarmaq üçün yük gəmilərindən istifadə edir.

 

Reuters-in məlumatına görə, İsrailin yükdaşıma şirkəti ZIM Shipping gəmilərin Kiprin Limassol limanı ilə İsrailin Hayfa limanı arasında reyslər həyata keçirdiyini bildirib.

 

Əməliyyat Nəqliyyat Nazirliyi, böyük xəstəxanalar və şirkət arasında koordinasiya olunur.

 

İndiyədək iki reyslə 40 həkim geri dönüb, həftə ərzində yüzlərlə tibb işçisinin qaytarılması planlaşdırılır. Onlar İran raketləri nəticəsində yaralananlara yardım göstərmək üçün iş başına qayıdırlar.

 

Rəsmilər bildiriblər ki, uçuşların dayandırılması fonunda bu üsul ən asan və effektiv variantdır. Səfər təxminən 15 saat çəkir və həkimlərin təhlükəsizliyi üçün gəmidə xüsusi şərait yaradılıb.

 

Qeyd edək ki, İsrail və ABŞ-ın İrana zərbələrindən sonra bölgədə hava məkanlarının bağlanması yüz minlərlə sərnişinin müxtəlif ölkələrdə qalmasına səbəb olub. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.