Ərdoğan: "Dünya sürətlə xaos dövrünə sürüklənir"
VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müasir dünyanın sürətlə "güc qanununun" hökm sürdüyü xaotik mərhələyə doğru irəlilədiyini bildirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, bunu Ramazan ayı münasibətilə keçirilən iftar süfrəsində çıxışı zamanı deyib.

 

"Dünyamız sürətlə kobud gücün tətbiq olunduğu və güc qanununun işlədiyi xaotik bir dövrə doğru gedir. Bunu qonşumuz İranla bağlı başlayan prosesdə bir daha görürük", - deyə Ərdoğan vurğulayıb.

 

Türkiyənin regionla bağlı məsələlərdə heç vaxt neytral mövqe tutmadığını bildirən dövlət başçısı qeyd edib ki, Ankara sülhün, sabitliyin, ədalətin və ümumbəşəri dəyərlərin tərəfindədir.

 

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İran isə cavab olaraq İsrailə və regiondakı ABŞ obyektlərinə zərbələr endirib. İran dövlət mediası hücumlar nəticəsində ali lider Əli Xameneinin həlak olduğunu bildirib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.