İranın yeni Ali rəhbəri xalqa ilk müraciətini etdi – ABŞ-a, İSRAİLƏ və REGİON ÖLKƏLƏRİNƏ CİDDİ MESAJLAR VERDİ
VİDEO

Xarici güclərin İranı parçalamaq cəhdlərinin qarşısı alınıb.

 

Senzor.az bildirir ki, İranın yeni Ali rəhbəri Müctəba Hüseyni Xamenei xalqa ilk müraciətində bəyan edib.

 

M. Xamenei müraciətində bir sıra mühüm məqamlara, o cümlədən  Hörmüz boğazı məsələsinə toxunub: "Hörmüz boğazının bağlanmasından mütləq təzyiq vasitəsi kimi istifadə edilməlidir".

 

O həmçinin bəyan edib ki, qonşu ölkələrlə dostluğa inanır, amma ABŞ-ın oralardakı hərbi bazaları bağlanmalıdır: "ABŞ-ın bazaları bağlanmasa, onlara hücumlar davam etdiriləcək".

 

Ölkənin Ali lideri qeyd edib ki, İran tərəfi maliyyə zərərinə görə kompensasiya tələb edir: "Biz rəqibdən kompensasiya tələb edəcəyik və əgər o imtina etsə, onun əmlakından lazım bildiyimiz qədər götürəcəyik. Əgər bu mümkün olmasa, onun əmlakının eyni miqdarını məhv edəcəyik".

 

Xamenei həmçinin İsrail və ABŞ ilə münaqişənin davam etməsi halında "yeni cəbhələr açacağını" da vəd edib.

 

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. İran Ekspertlər Şurası martın 8-də Əli Xameneinin oğlu Müctəba Xameneini ölkənin yeni Ali rəhbəri seçib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.