
İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarını beynəlxalq mübahisələrin həllində yeni və təhlükəli yanaşma kimi qiymətləndirib və bunun dünya hüquq sisteminə zərər verə biləcəyini bildirib.
Senzor.az bildirir ki, bu barədə Pezeşkian “X” sosial media platformasında danışıb.
Onun sözlərinə görə, ABŞ-ın İrana qarşı aqressiyası və İranın Ali lideri Əli Xameneinin öldürülməsi beynəlxalq münaqişələrdə yeni bir presedent yarada və mövcud hüquqi sistemləri məhv edə bilər. Prezident qeyd edib ki, əgər beynəlxalq ictimaiyyət bu böhrana qarşı qəti mövqe göstərməsə, bu odun alovu çoxlarını yandıracaq.