AZAL təyyarəsinin qəzası ilə bağlı
QAZAXISTANDAN XƏBƏR VAR

Qazaxıstan Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin texniki araşdırılması üçün bütün zəruri ekspert rəylərinin toplanmasını başa çatdırıb. 

 

Bu barədə Kazinform agentliyi məlumat yayıb.

 

Qazaxıstan Respublikası Baş nazirinin müavini Kanat Bozumbayev jurnalistlərə bildirib ki, hazırda beynəlxalq komissiyanın iştirakı ilə nəticələr yekunlaşdırılır.

 

Onun sözlərinə görə, avadanlıq istehsalçılarından, o cümlədən GPS-trekerlər, naviqasiya sistemləri üzrə mütəxəssislərdən, eləcə də təyyarənin istehsalçısı olan Embraer şirkətindən ekspertiza nəticələri əldə olunub.

 

O qeyd edib ki, bütün zəruri ekspert rəyləri artıq toplanıb və hazırda komissiya üzvləri ilə birlikdə nəticələrin razılaşdırılması və yekunlaşdırılması mərhələsi aparılır.

 

Bozumbayev əlavə edib ki, komissiyanın tərkibinə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələri, həmçinin istehsalçı şirkətin mütəxəssisləri və beynəlxalq aviasiya təşkilatlarının ekspertləri daxildir. Beynəlxalq standartlara uyğun olaraq, istintaqın texniki hissəsi üzrə yekun nəticələrin yaxın aylarda təqdim olunması planlaşdırılır.

 

Xatırladaq ki, 25 dekabr 2024-cü ildə Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus Embraer 190 təyyarəsi qəzaya uğrayıb. Təyyarə Bakı — Qroznı reysini yerinə yetirirdi. Göyərtədə Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları olmaqla ümumilikdə 67 nəfər olub.

 

Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb. İlkin məlumata görə, Qroznıda eniş zamanı təyyarə hava hücumundan müdafiə vasitələrinin təsirinə məruz qala bilərdi.

 

Onu da qeyd edək ki, 2025-ci il fevralın 4-də Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi aviasiya hadisəsi ilə bağlı ilkin hesabat yayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.