Tramp İranda müharibə ilə bağlı xalqa müraciət etdi: “BİZ BU İŞİ TEZLİKLƏ BİTİRƏCƏYİK”
VİDEO

"ABŞ hərbçiləri İranla müharibədə qarşılarına qoyulan vəzifələri, demək olar ki, yerinə yetiriblər. Biz işi tezliklə bitirəcəyik. Məqsədə çox yaxınıq".

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp İranda müharibə ilə bağlı xalqa telemüraciətində deyib.

 

O, müharibənin nə vaxt bitəcəyi ilə bağlı suala yenə də cavab verməyib, ancaq ABŞ-ın İranın hərbi dəniz donanmasını və hərbi hava qüvvələrini məhv etdiyi, həmçinin onun ballistik raket proqramlarını və nüvə silahını iflic etdiyi barədə sözlərini yenidən təkrarlayıb.

 

ABŞ lideri onu da vurğulayıb ki, ölkəsinin Hörmüz boğazından təchizata ehtiyacı yoxdur. Onun vasitəsilə gəmilərin keçməsinin bərpası oradan neft daşınması üçün istifadə edən ölkələrin məsuliyyəti olmalıdır: "ABŞ Hörmüz boğazından demək olar ki, heç bir neft idxal etmir və gələcəkdə də etməyəcək. Bizim buna ehtiyacımız yoxdur. Hörmüzün aqibəti boğazdan neft alan ölkələri düşündürsün. Hörmüzü onlar ələ keçirməli və qədrini bilməlidirlər. Bunu asanlıqla edə bilərlər. Biz kömək edəcəyik. Amma onlar çox asılı olduqları neftin qorunmasında liderlik etməlidirlər".

 

D.Tramp əlavə edib ki, ABŞ yaxın iki-üç həftə ərzində İrana qarşı zərbələri gücləndirəcək: "Bu gün deyə bilərəm ki, bütün hərbi məqsədlərimizə tezliklə çatmaq yolundayıq. İki-üç həftə ərzində onları son dərəcə güclü zərbələrlə vuracağıq və onları daş dövrünə qaytaracağıq".

 

Tramp müharibə ilə əlaqədar yanacağın qiymətlərinin artmasını "qısamüddətli" problem adlandırıb: "Bir çox amerikalılar burada, ölkəmizdə benzinin qiymətinin son vaxtlar artmasından narahatdırlar. Bu qısamüddətli artım İran rejiminin münaqişəyə heç bir aidiyyəti olmayan ölkələrin kommersiya neft tankerlərinə qarşı dəlicəsinə terror hücumları etməsinin nəticəsidir".







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.