Paşinyan seçkidə qalib gəlsə, Rusiya ilə əlaqələri tamamilə kəsə bilər
“STRATFOR”

Rusiyanın parlament seçkilərindən əvvəl Ermənistanla münasibətləri tamamilə kəsmək prosesinə başlaması ehtimalı azdır, amma İrəvan səsvermədən sonra da məsafəni qorumağa davam edərsə, iqtisadi-ticari xərclərin artmasına hazırlaşmalı olacaq.

 

ABŞ-ın “Stratfor” analitik mərkəzinin təhlilində belə deyilir.

 

Mərkəzin analitiklərinə görə, ən ehtimal olunan alətlərə ticarətə daha sərt nəzarət, sanitar və fitosanitar tədbirlər kimi tənzimləyici maneələr, həmçinin Ermənistanın enerji asılılığından istifadə daxildir. Bu isə Rusiya bazarına bağlı olan erməni ixracatçıları və bizneslərinə qeyri-mütənasib təsir göstərəcək.

 

“Əgər Baş nazir Nikol Paşinyan seçkilərdə yeni mandat alarsa və Rusiyanın ölkəsindəki iqtisadi-strateji mövcudluğunu azaltmağa davam edərsə, Moskva münasibətlərdəki asimmetriyanı və Ermənistana qeyri-mütənasib xərclər yükləmək imkanını nəzərə alaraq, bu alətlərdən istifadə edəcək”, - təhlildə vurğulanır.

 

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.(“Teleqraf”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.