Yaxın Şərqdəki münaqişədən sonra İranın regiondakı nüfuzu arta bilər
ABŞ KƏŞFİYYATI

Amerika kəşfiyyat xidmətlərinin hesabatları göstərir ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatı Tehranın regiondakı nüfuzunun artmasına səbəb ola bilər.

 

Bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

 

Məlumata görə, İranın yaxın vaxtlarda Hörmüz boğazını açacağı ehtimalı azdır, çünki Tehran bu boğaz üzərindəki nəzarəti ABŞ-a qarşı yeganə real təzyiq rıçaqı kimi nəzərdən keçirir. Qeyd olunub ki, İranı zəiflətməyə yönəlmiş müharibə, əksinə, onun mühüm dəniz marşrutunu təhdid etmək qabiliyyətini nümayiş etdirməklə mövqelərini gücləndirə bilər.

 

Ekspertlər hesab edirlər ki, boğaz vasitəsilə enerji resurslarının tədarükünə nəzarət etmək hətta nüvə silahından da qat-qat effektivdir.

 

Bununla belə, Ağ Evdən bildirilib ki, ABŞ Prezidenti Donald Tramp boğazın çox tezliklə açılacağına əmindir.

 

Analitiklər həmçinin xəbərdarlıq edirlər ki, ABŞ-ın boğaz üzərində nəzarəti bərqərar etmək üçün həyata keçirmək istədiyi mümkün əməliyyat ciddi risklər yarada bilər, çünki İran öz ərazisindən raketlər və PUA-larla Amerika qüvvələrinə zərbələr endirmək iqtidarındadır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.