Ərdoğan İstanbulda Zelenski ilə görüşdü: NƏLƏR MÜZAKİRƏ OLUNUB?
VİDEO

Türkiyə gələcəkdə də Ukrayna ilə Rusiya arasında danışıqları dəstəkləyəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdə deyib.

 

"Ukrayna ilə Rusiya arasındakı danışıqlara Türkiyənin dəstəyi davam edəcək, regionda sülh və sabitliyə ehtiyac var", - Türkiyə Prezidenti bildirib.

 

Ərdoğan Türkiyənin Qara dənizdə naviqasiya təhlükəsizliyinə böyük əhəmiyyət verdiyini və enerji təchizatı təhlükəsizliyinin mühüm olduğunu diqqətə çatdırıb.

 

O, Türkiyənin Ukrayna ilə qarşılıqlı ticarət dövriyyəsini artırmaqda qərarlı olduğunu, bunun üçün lazımi addımları atmağa davam edəcəyini bildirib.

 

Görüşdə Ukraynanın Fars körfəz ölkələri ilə əlaqələrini inkişaf etdirməsi müsbət qiymətləndirilib.

 

Ukrayna Prezidenti Volodimir Zelenski də sosial media hesabında yazıb ki, İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə  ölkələri arasında ikitərəfli münasibətləri, Avropa və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

 

Onun sözlərinə görə, dünya üzrə təhlükəsizliyin artırılması üçün birgə və əlaqələndirilmiş addımların atılması vacibdir.

 

Ukrayna lideri qeyd edib ki, tərəflər təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. Bu çərçivədə təcrübə və texnologiya mübadiləsi, eləcə də birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

 

Bildirilib ki, görüşdə qaz infrastrukturunun qurulması və qaz yataqlarının birgə işlənməsi imkanları da müzakirə olunub.

 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.