
Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya gedib.
Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, o, Dəməşqdə Suriya lideri Əhməd Əl Şaraa və Ukrayna Prezidenti Volodimir Zelenski ilə üçtərəfli görüş keçirməyi planlaşdırır.
Bildirilib ki, H.Fidan səfəri zamanı ikitərəfli və regional məsələləri müzakirə edəcək.