Viktor Orban Macarıstan-Serbiya sərhədində qaz kəmərini qoruyan hərbi hissələrə baxış keçirib - VİDEO

Macarıstanın Baş naziri Viktor Orban bazar ertəsi Serbiya ilə sərhəd boyunca yerləşən hərbi hissələrə baxış keçirib.

 

Bu, Serbiya hərbiçilərinin iki ölkə arasında yerləşən qaz kəmərinin bir hissəsini partlatmaq məqsədilə hazırlanmış olduğu iddia edilən partlayıcı qurğular aşkar etməsindən sonra baş verib.

 

V.Orban bildirib ki, "Türkaxını" qaz kəmərinin Macarıstan hissəsi gücləndirilmiş hərbi mühafizə altındadır.

 

Serbiya ilə sərhəddə yerləşən Seqed bölgəsində çıxış edən V. Orban vəziyyətin çox ciddi olduğunu, lakin hazırda qaz təchizatının təhlükə altında olmadığını vurğulayıb.

 

Onun sözlərinə görə, qaz kəməri neft kəmərindən daha mühüm "arteriya" rolunu oynayır.

 

"Əgər bu kəmər kəsilərsə, Macarıstan iqtisadiyyatı dayanacaq", – deyə o əlavə edib.

 

“Report” xatırladır ki, aprelin 5-də Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəni Macarıstanla birləşdirən, region üçün mühüm əhəmiyyət kəsb edən qaz infrastrukturuna qarşı təxribatın qarşısının alındığını açıqlayıb. O, Macarıstanın Baş naziri Viktor Orbanı istintaqın ilk nəticələri barədə məlumatlandırıb. Orban Serbiya Prezidenti ilə söhbətindən sonra Müdafiə Şurasının təcili iclasını çağırıb.


 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.