Tramp jurnalistləri Ağ Evdən çıxarmaq... BRİFİNQ ZALINI İSƏ HOVUZA ÇEVİRMƏK İSTƏYİR

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlər üçün nəzərdə tutulan brifinq zalının ləğv edilməsini və onun yerində yenidən qapalı hovuzun yaradılmasını təklif edib.

 

Bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.

 

Nəşrin yazdığına görə, Tramp bu ideyanı Ağ Evin keçmiş mətbuat katibi Kerolayn Livittə bir neçə dəfə çatdırıb. O, jurnalistlərin Ağ Evdən çıxarılmasının Livittin vəzifədəki sonuncu mühüm işi ola biləcəyini bildirib.

 

Məlumata əsasən, ABŞ lideri təklifini müşavirləri ilə də müzakirə edib. Tramp Ağ Evin qərb qanadında yerləşən Ceyms Bredi adına brifinq zalının yerində əvvəllər mövcud olmuş hovuzun bərpasını istəyib.

 

Qeyd edək ki, həmin hovuz 1933-cü ildə ABŞ-ın 32-ci Prezidenti Franklin Ruzveltin dövründə yaradılıb. Sonradan Prezident Riçard Niksonun göstərişi ilə hovuz bağlanıb və ərazi jurnalistlər üçün brifinq zalına çevrilib.

 

NYT hesab edir ki, Tramp administrasiyasının jurnalistləri Ağ Evdən uzaqlaşdırması Prezidentin media ilə gərgin münasibətləri fonunda simvolik addım olardı.

 

“Teleqraf” xatırladır ki, Tramp sentyabrın 18-də CNN, MS NOW telekanallarının və “Politico” nəşrinin jurnalistlərinin Ağ Evə girişinə qadağa qoyulduğunu açıqlayıb. O, həmin media qurumlarını administrasiyası haqqında yalan məlumat yaymaqda ittiham edib.

 

Media nümayəndələrinin məhkəməyə müraciətindən sonra isə hakim araşdırma yekunlaşanadək jurnalistlərin Ağ Evə girişinin təmin edilməsi barədə qərar çıxarıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.