Mirzoyan: TRIPP Azərbaycan, Gürcüstan və İranla sərhəd keçidini sadələşdirəcək

Ermənistan Milli Assambleyasında "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) layihəsi üzrə Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyasına dair qanun layihəsi müzakirə olunur.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan məlumat verib.

 

A.Mirzoyanın sözlərinə görə, TRIPP təkcə Azərbaycanla deyil, Gürcüstan və İranla da sərhədlərin keçilməsini sadələşdirəcək: "Ümid edirəm ki, Türkiyə ilə sərhəd açılacaq və o zaman biz də sahibkarların və vətəndaşların həyatını necə asanlaşdıracağımız barədə düşünəcəyik".

 

O, həmçinin dəmir yolundan başqa, TRIPP-in qalan bütün infrastrukturunun haradan keçəcəyi ilə bağlı sualı da şərh edib.

 

XİN rəhbəri bildirib ki, Meğridə dəmir yolu boyunca qaz və ya neft kəmərini təsəvvür etmir.

 

Onun sözlərinə görə, Araz çayı ilə qayalar arasındakı sahə çox dardır və çox az yer var. Oradan sovet dövründə olduğu kimi dəmir yolu və elektrik şəbəkələri keçə bilər. Onun fikrincə, bu infrastruktur başqa yerlərdə yaradıla bilər və söhbət təkcə Sünikdən getmir: "Ola bilsin ki, neft kəməri Ermənistanın şimalından keçsin. Ərazi müəyyən edilməyib. Buna görə də mən TRIPP-in eni barədə danışa bilmərəm, çünki belə bir şey yoxdur".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.