
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Ağaməliyev prokurorluq əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
“Teleqraf” xəbər verir ki, faktla bağlı Naxçıvan Muxtar Respublika Prokrorluğunda Cavid Ağaməlıyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 maddəsi ilə cinayət işi başlanılıb.
O, dövlət əmlakının mənimsənilməsində şübhəli bilinir.
Məlumatı Naxçıvan Muxtar Respublikası Prokrorluğu təsdiq edib.