Ərdoğandan Suriya açıqlaması:
ONLAR ÜÇÜN DƏ HESAB VAXTI GƏLİB ÇATDI

“Suriya xalqı 2024-cü il dekabrın 8-də illərlə danışılacaq, nəsildən-nəsilə, ürəkdən-ürəyə ötürüləcək möhtəşəm bir qələbəyə imza atdı. On üç il yarım davam edən zülmdən sonra Suriyada sülhün, əmin-amanlığın və sabitliyin yenidən bərqərar olmağa başladığını görürük”.

 

Senzor.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

O bildirib ki, Suriya xalqı Prezident Əhməd Şaraanın qətiyyətli rəhbərliyi altında birlik və həmrəylik içində ortaq gələcəyini qurur: “Şimaldakı inteqrasiya prosesinin (SDQ/YPG-nin Suriya ordusuna-red.) tamamlanması ilə Suriyada tamamilə yeni səhifənin açılacağına inanırıq. Türkiyə olaraq biz də ehtiyac duyulan hər mərhələdə Suriyanın yanında olmağa davam edir, Suriya xalqının rifahı və əmin-amanlığı naminə üzərimizə düşən məsuliyyəti layiqincə yerinə yetirməyə çalışırıq.

 

Bununla yanaşı, Suriyada xüsusilə zalımlar və qatillər üçün ibrət olmalı mühüm hadisələr də baş verir. Məzlumların ahı yerdə qalmır, gec də olsa, öz qarşılığını tapır. Uşaqları öldürməkdən zövq alan canilər (Bəşər Əsəd rejiminin nümayəndələri – red.) hara qaçır-qaçsınlar, gizləndikləri yuvalarda müəyyən edilərək bir-bir zərərsizləşdirilir. Əllərində silah, qarşılarında müxtəlif cır-cındır parçaları tutaraq Türkiyəni təhdid edənlər, Baniasda 248 günahsız insanın, Reyhanlıda isə 53 vətəndaşımızın qanını tökənlər, suriyalı körpələrin cənazələri üzərində qəhrəmanlıq pozaları verən alçaqlar üçün də hesab vaxtı gəlib çatıb.

 

Qardaşlarım, şübhəniz olmasın ki, digərləri üçün də hesab vaxtı gələcək. Gec də olsa, yüz minlərlə məzlum suriyalının həyatı bahasına başa gəlsə belə, ədalətin yerini tapacaq olmasından böyük məmnunluq duyuruq”.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.