
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşüb.
Senzor.az Rusiya mediasına istinadən bildirir ki, Sankt-Peterburqda Konstantinov sarayında keçirilən görüş 3 saata yaxın davam edib.
Danışıqlarda həmçinin Rusiya Prezidentinin xarici ölkələrlə iqtisadi-investisiya əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak edib. 
Qeyd edək ki, Uitkoff Rusiyaya səfərindən əvvəl Norveçdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmışdı.
Bəs Sankt-Peterburq görüşündə nələr müzakirə olunub?
Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov danışıqlarla bağlı mətbuat üçün paylaşdığı şərhdə bu məsələyə aydınlıq gətirib.