
“Avropa İttifaqı (Aİ) Ukraynada müharibə tam dayandırılanadək Rusiyaya qarşı heç bir sanksiyanı ləğv etməyəcək və Rusiyadan qaz almayacaq”.
Senzor.az bildirir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen deyib.
Lyayen həmçinin vurğulayıb ki, Avropa Komissiyası bu müddətdə Rusiyadan qaz tədarükünə qayıtmağı da istisna edir: “Çünki Rusiya istənilən an qazdan silah kimi istifadə edə bilir”.