Gürcüstanda azərbaycanlı merin qardaşı saxlanıldı FOTO

Gürcüstanın Marneuli şəhərinin meri Daur İsmailovun qardaşı Kənan İsmailov saxlanılıb. 

 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı ictimai fəal Samirə Bayramova sosial şəbəkə hesabında məlumat yayıb. 

 

Kənan İsmailovun bir qrup şəxslə birlikdə vətəndaşın qarşısını kəsərək ona ağır fiziki zorakılıq tətbiq etdiyi iddia olunur. Çörəkbişirmə müəssisəsinin sahibi olan döyülən şəxsin çörəyin qiymətinin süni şəkildə artırılması iddiası ilə razılaşmadığı bildirilir.

 

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı (“Zorakılıq”) maddəsi ilə cinayət işi açılıb. Sözügedən maddə 1 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

 

Qeyd edək ki, Gürcüstan mediasında Marneulinin çörək bazarında ən böyük payın mer ailəsinə məxsus olduğu iddia edilir.


Fotoda: Daur İsmailov







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.