
Litvanın Baş naziri İnqa Ruqiniene Azərbaycana rəsmi səfər edəcək.
Senzor.az bildirir ki, bu barədə Litvanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, İ.Ruqiniene ölkəmizdə bir sıra yüksəksəviyyəli görüşlər keçirəcək və bu danışıqlar çərçivəsində ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və əsas sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək.
Səfərin aprelin 9-da baş tutacağı gözlənilir.