
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib.
Senzor.az bildirir ki, 15 vaqon (887 ton) dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından artıq yola salınıb.
Yük Böyük Kəsik stansiyasına, oradan isə Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 6 312 ton dizel (sonuncu tədarük daxil), 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub.
Onu da xatırladaq ki, bu ölkəyə yanacaq ixracına 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı tədarük edilib.
Yeri gəlmişkən, bu istiqamətdə daşımalar Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra başlayıb və davam edir.