Türkiyə 119 ölkədən 2700-dən çox FETÖ terrorçusunun ekstradisiyasını gözləyir

Türkiyə 119 ölkədən “Paralel dövlət” terror təşkilatının (FETÖ) 2707 tərəfdarının ekstradisiyasını gözləyir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə Türkiyənin ədliyyə naziri Akın Gürlek deyib.

 

Türkiyə Ədliyyə Nazirliyinin məlumatına görə, son illərdə FETÖ terrorçuları üçün ən çox ekstradisiya tələbi ABŞ-a və Avropa İttifaqının 11 ölkəsinə göndərilib. Ankara ABŞ-dan 423, Almaniyadan 746, Fransadan 57, Birləşmiş Krallıqdan 81, Niderlanddan 217, Belçikadan 140, İsveçrədən 91, Norveçdən 40, Yunanıstandan 133, İsveçdən 49, Finlandiyadan 25 və Avstriyadan 21 FETÖ terrorçusunun ekstradisiyasını istəyib. Lakin hələlik təşkilatın bir üzvü də Ankaraya təhvil verilməyib.

 

A. Gürlek əlavə olaraq qeyd edib ki, Türkiyə məhkəmə orqanları FETÖ tərəfdarlarının beynəlxalq axtarış siyahısına salınması üçün Ədliyyə Nazirliyinə 3937 sorğu təqdim edib.

 

“Yekun olaraq, 2863 şəxsin işi “qırmızı axtarış” məqsədilə İnterpola göndərilib. Lakin İnterpol heç bir sorğunu yerinə yetirməyib”, - deyə Türkiyənin ədliyyə naziri qeyd edib. 

 

“Hürriyet” qəzeti yazır ki, Türkiyə ilə ABŞ və Almaniya kimi Qərb ölkələri arasında məhkəmə əməkdaşlığı müqavilələrinin mövcudluğuna baxmayaraq, ekstradisiya məsələsi bir yana qalsın, onlar heç FETÖ tərəfdarları ilə bağlı istintaqa da başlamayıblar.

 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.