Paşinyan: Azərbaycanla sülh Ermənistan üçün iqtisadi inkişafın yeni mərhələsini açır

Bakı və İrəvan arasında sülhün bərqərar olması Ermənistan üçün iqtisadi inkişafın yeni mərhələsini açır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Baş nazir Nikol Paşinyan bu gün Ermənistanın iri işəgötürənləri ilə görüşü zamanı deyib.

 

"Biz iqtisadi inkişafın tamamilə yeni mərhələsinə qədəm qoyuruq və bu, Ermənistanla Azərbaycan arasında bərqərar olmuş sülh prosesi ilə bağlıdır. Yaxın gələcəkdə biz TRIPP (Tramp Marşrutu - red.) layihəsinin işə salınması ilə bağlı mühüm hadisələrin baş verəcəyini gözləyirik", - Paşinyan bildirib.

 

Baş nazir həmçinin vurğulayıb ki, Azərbaycan ərazisindən Ermənistana artıq dəmir yolu yükdaşımaları həyata keçirilir.

 

Bundan əlavə, o, TRIPP layihəsi çərçivəsində Azərbaycanla dəmir yolu əlaqəsinin açılmasının vacibliyini qeyd edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.