İlham Əliyev Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb – VİDEO/FOTO

Aprelin 17-də Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kiprin Prezidenti Tufan Erhürmanla görüşü olub.

 

Senzor.az bildirir ki, dövlət başçısı Tufan Erhürmana Prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb.

 

Tufan Erhürman təbriklərə görə minnətdarlığını bildirib.

 

Söhbət zamanı Azərbaycanın Şimali Kiprə göstərdiyi daimi dəstəyə toxunulub. Prezident Tufan Erhürman buna görə dövlət başçısına təşəkkür edib.

 

Azərbaycan Prezidenti ölkəmizin həmişə Şimali Kiprin yanında olduğunu deyərək, göstərilən dəstəyin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

 

Söhbət zamanı bu ilin aprelində Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Şimali Kipr Məclisinin dostluq qrupları üzvlərinin Bakıda keçirilmiş 3-cü iclasının əhəmiyyəti qeyd edilib.

 

Görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi vurğulanıb, həmçinin bir sıra sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparılıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.