Xamenei xalqa müraciət etdi: ABŞ-ın HÖRMÜZ BOĞAZINDA ÇÖKÜŞÜNDƏN SONRA YENİ DÖVR BAŞLAYIR

“Bu gün, bölgədə qlobal quldurların (ABŞ və İsrailin – red.) hücum kampaniyasının başlanmasından iki ay və Amerikanın rüsvayçı məğlubiyyətindən sonra Fars (Bəsrə) körfəzi və Hörmüz boğazında yeni dövr başlayır”.

 

Senzor.az bildirir ki, İranın Ali rəhbəri Müctəba Xameneinin dövlət mediasında yayılan xalqa yazılı müraciətində belə deyilir.

 

Onun sözlərinə görə, “artıq təkcə dünya ictimai rəyində və region xalqları arasında deyil, hətta ölkələrin sultanları və hakimləri üçün də aydın oldu ki, Amerika kimi yad qüvvələrin Fars körfəzi torpaqlarında mövcudluğu regionda ən böyük təhlükə mənbəyidir”.

 

“Amerikanın içi boş hərbi bazaları nəinki regiondakı tərəfdaşlarının və Amerikapərəst qüvvələrin, heç özlərinin təhlükəsizliyini belə təmin etmək gücündə deyillər”, - o vurğulayıb.

 

Xamenei qeyd edib ki, Fars körfəzi regionunun parlaq gələcəyi — Amerikadan uzaq, öz xalqlarının inkişafına, rahatlığına və rifahına xidmət edən bir gələcək olacaq: “Biz Fars körfəzi və Oman dənizinin sularında yerləşən qonşularımızla eyni taleyi paylaşırıq və minlərlə kilometr uzaqdan tamahkarlıqla gəlib burada fitnə törədən yadellilərin bu bölgədə yeri yoxdur — onların yeri yalnız suların dibində ola bilər”.

 

İranın Ali Rəhbəri əlavə edib ki, “müqavimət” və “güclü İran” strategiyaları sayəsində əldə olunmuş "bu qələbələr zənciri" regionda və dünyada yeni bir dövrün-nizamın başlanğıcı olacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.