İsrail Prezidentinin Qazaxıstanda verdiyi açıqlama QIRĞIZISTANDA ETİRAZ YARATDI

Qırğızıstanın keçmiş xarici işlər naziri Alikbek Cekşenkulov İsrail Prezidenti İshak Hersoqun İranın sanksiyalardan yayınmaq üçün Bişkekdən istifadə etməsi ehtimalı ilə bağlı açıqlamasına münasibət bildirib.

 

Bu barədə o, sosial mediada yazıb.

 

Cekşenkulovun sözlərinə görə, bu cür ifadələr əsassızdır və ölkənin müstəqil xarici siyasət yürütmək suveren hüququna müdaxilədir.

 

Sabiq nazir Qırğızıstanın 2026-cı ildə Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik edəcəyini və təşkilatın zirvə görüşünə hazırlıq məqsədilə xarici nümayəndə heyətlərinin Bişkekə səfərlərinin baş tutduğunu vurğulayıb.

 

Alikbek Cekşenkulov qeyd edib ki, bu cür səfərləri sanksiyalardan yayınmaq üçün mümkün kanallar kimi şərh etmək əsassızdır, ikitərəfli münasibətlərə zərər verə bilər.

 

Həmçinin o, İsrailin qiymətləndirmələrinin düzgünlüyünə şübhə etdiyini vurğulayıb.

 

“Teleqraf” xatırladır ki, İsrail Prezidenti Qazaxıstana səfəri zamanı İranın sanksiyalarından yayınmaq üçün Qırğızıstan da daxil olmaqla, Mərkəzi Asiya ölkələrindən istifadə risklərindən danışmışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.