
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyası Parlament Sədrlərinin 1-ci Sammitində iştirak etmək üçün Monteneqroya işgüzar səfər edib.
Senzor.az bildirir ki, bu barədə Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Budva şəhərində keçiriləcək Aralıq Dənizi Parlament Assambleyasının Parlament Sədrlərinin 1-ci Sammitində iştirak edəcək.
Milli Məclis sədrinin sammitdə çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.