Paşinyan məzuniyyətə çıxır - MOSKVADAKI PARADA GETMƏYƏCƏK

Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvadakı parada getməyəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə bu gün Baş nazir özü məlumat verib.

 

Paşinyan seçkiqabağı kampaniyaya görə, mayın 9-da Moskvada keçiriləcək paradda iştirak etməyəcəyini bildirib.

 

Baş nazir bununla bağlı Rusiya Prezidenti Vladimir Putini hələ aprelin 1-də məlumatlandırdığını qeyd edib.

 

Hökumətin iclasında isə Nikol Paşinyan bildirib ki, seçkiqabağı kampaniyada iştirak etmək üçün mayın 8-dən məzuniyyətə çıxır: “Sabahdan parlament seçkiləri kampaniyası başlayır. Mən və hökumət üzvlərinin əksəriyyəti seçki kampaniyasında iştirak etmək üçün tətildə olacağıq”. 

 

Hökumət başçısının sözlərinə görə, onlar üçün prioritet seçkiləri beynəlxalq demokratik standartlar ruhunda keçirmək, Ermənistan xalqının iradəsinin sərbəst ifadəsini təmin etmək və seçicilərin iradəsinə hər hansı qanunsuz təsirin qarşısını almaq olacaq.

 

Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri bu il iyunun 7-nə planlaşdırılır. İndiyədək 19 siyasi güc seçkilərdə iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına ərizə verib. Siyahıya əsasən, seçkilərə 17 partiya və iki partiya bloku qatılacaq. Onların arasında Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası, həmçinin Ermənistanın sabiq Prezidenti Robert Köçəryanın Ermənistan (“Hayastan”) və Narek Karapetyanın “Güclü Ermənistan” blokları da var. Rusiyalı iş adamı Samvel Karapetyanın təsis etdiyi “Güclü Ermənistan” blokuna eyniadlı partiya, “Yeni Dövr” və “Birləşmiş Ermənilər” partiyaları daxildir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.