Tehran və Vaşinqton İranın blokadasını yumşaltmaq barədə razılığa gəliblər

İran və ABŞ Hörmüz boğazında gəmiçiliyin tədricən bərpası müqabilində İrana qarşı dəniz blokadasının yumşaldılması barədə razılığa gəliblər.

 

Bu barədə Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalı Pakistandakı mənbələrə istinadla məlumat yayıb.

 

“Hörmüz boğazının tədricən açılması müqabilində blokadanın yumşaldılması barədə razılıq əldə edilib. Hazırda bu məsələ ilə bağlı intensiv təmaslar davam edir və boğazda blokadada olan gəmilər məsələsinin həllində yaxın saatlarda irəliləyiş gözlənilir. Lakin mənbələr onu da bildirir ki, hazırda iranlılar və amerikalılar arasında birbaşa görüşlər barədə heç bir razılaşma yoxdur. Təmaslar vasitəçilər vasitəsilə davam edir. ABŞ Prezidenti Donald Tramp da Amerikanın gərginliyin azaldılması təklifinə İran tərəfinin mümkün qədər tez cavab verməsini istəyib”, - deyə məlumatda bildirilir.

 

Telekanal qeyd edir ki, danışıqlar prosesi heç bir maneə olmadan davam edir və İran artıq bu gün cavabını Pakistan vasitəçilərinə çatdıra bilər.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.