Xaricdə olan ermənilər Ermənistandakı parlament seçkilərində səs verə biləcəklərmi? - MSK-dan AÇIQLAMA

Xaricdə daimi yaşayan Ermənistan vətəndaşları parlament seçkilərində respublika ərazisində ancaq fiziki halda iştirak edə biləcəklər.

 

Bunu TASS-a açıqlamasında Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Seda Qukasyan bildirib.

 

Onun sözlərinə görə, 2012-ci ildə Seçki Məcəlləsinə edilən dəyişikliklərdən sonra Ermənistanın xaricdəki diplomatik nümayəndəliklərinin ərazisində seçki məntəqələri açılmır.

 

“Ermənistan vətəndaşı ölkənin mövcud qanunvericiliyinə uyğun olaraq, yalnız Ermənistan ərazisində fiziki iştirakı ilə iradəsini ifadə edə bilər”, - MSK rəsmisi vurğulayıb.

 

Bununla yanaşı, diplomatik xidmət keçən Ermənistan vətəndaşları, xaricdə uzunmüddətli ezamiyyətdə olan və ya təhsil alan hərbi qulluqçular, eləcə də onların səsvermə hüququ olan ailə üzvləri istisnadır. Belə ki, onlar elektron şəkildə səs vermək hüququna malikdirlər.

 

Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.