Gürcüstanda III Şionun taxta çıxma mərasimi olub
VİDEO

Gürcüstanın yeni seçilmiş Katolikos-Patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu, Bişvinta və Sxum-Abxaziya mitropoliti Müqəddəs Şio III-nün (Mitropolit Şio) taxta çıxma mərasimi Svetitsxoveli Kafedralında baş tutub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, təntənəli mərasim Müqəddəs Sinod üzvlərinin və digər ruhanilərin iştirakı ilə keçirilən liturgiya ilə başlayıb.

 

Bayram ibadəti yerli vaxtla saat 10:00-da start götürüb.

 

Liturgiya zamanı yeni Patriarxa idarəetmə simvolları – patriarxal mitra, tac və əsas dini rəmzlərdən biri hesab olunan xaç-panagiya təqdim edilib. Taxta çıxma mərasiminin əsas hissəsinin sonunda isə qədim patriarxal mitra III Şionun başına qoyulub.

 

Mərasimdə Gürcüstan hökumətinin və Nazirlər Kabinetinin üzvləri, həmçinin hakim "Gürcü Arzusu" partiyasının qurucusu Bidzina İvanişvili iştirak ediblər.

 

Xatırladaq ki, ötən gün Gürcüstan Pravoslav Kilsəsinin genişləndirilmiş Şurasında keçirilən səsvermənin nəticələrinə əsasən, Senaki və Çxorotsku mitropoliti Şio Muciri Gürcüstanın 142-ci Katolikos-Patriarxı seçilib. O, 22 səs toplayaraq Patriarx elan olunub. Digər namizədlərdən Urbnisi və Ruisi mitropoliti İob 9, Poti və Xobi mitropoliti Qriqol isə 7 səs qazanıb. Bir bülleten etibarsız sayılıb.

 

Qeyd edək ki, Gürcüstanın Katolikos-Patriarxı II İliya 2026-cı il martın 17-də 93 yaşında vəfat edib. Bundan sonra Gürcüstan Pravoslav Kilsəsində yeni Patriarxın seçilməsi prosesi başlanmışdı.


 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.