
“Anadolu” bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar məlumat verib.
Onun sözlərinə görə, təyyarələrlə Türkiyə vətəndaşlarının bir qisminin çıxarılması planlaşdırılırdı, lakin müharibə başlayıb.
“Biz bu təyyarələrin təhlükəsiz şəkildə geri qaytarılması məsələsini həm Rusiya, həm də Ukrayna ilə müzakirə edirik. Atəşkəs elan olunan kimi təyyarələri geri qaytaracağıq”, – Türkiyə Müdafiə Nazirliyinin rəhbəri bildirib.
O qeyd edib ki, təyyarənin ekipajı Türkiyənin Kiyevdəki səfirliyindədir.