
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mayın 22-də rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.
"Ən yüksək səviyyədəki razılaşmaların praktiki icrası kontekstində Özbəkistan-Rusiya hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinə dair aktual məsələlər müzakirə olunub", - deyə məlumatda qeyd edilib.
Ticarət dövriyyəsi ilin əvvəlindən 23% artıb. Sənaye, energetika, nəqliyyat və digər prioritet sahələrdə, o cümlədən regionlar səviyyəsində iri kooperasiya layihələrinin həyata keçirilməsi davam etdirilir.
"Özbəkistan və Rusiya liderləri həmçinin qarşıdan gələn ikitərəfli və çoxtərəfli tədbirlərin qrafikini nəzərdən keçiriblər", - deyə məlumatda vurğulanıb.