
İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibollazadə İran milli futbol komandası oyunçularının 2026-cı il dünya çempionatında iştirak etmək üçün viza aldığını açıqlayıb.
Senzor.az bildirir ki, bu barədə İRİB məlumat yayıb.
Onun sözlərinə görə, vizalar 48 saat ərzində verilib.
Daha əvvəl FIFA İran yığmasına 2026-cı il dünya çempionatı zamanı komandanın bazasını ABŞ-dən Meksikaya köçürməyə icazə vermişdi. Komanda turnir ərzində Meksikanın Tixuana şəhərində yerləşəcək.
İran millisi qrup mərhələsində ABŞ ərazisində üç oyun keçirəcək. Komanda iyunun 16-da Los-Ancelesdə Yeni Zelandiya yığması, iyunun 21-də Belçika millisi, iyunun 27-də isə Sietldə Misirlə qarşılaşacaq.
Qeyd edək ki, 2026-cı il Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək.