Ermənistanla ABŞ arasında "Tramp marşrutu" üzrə çərçivə sazişi imzalandı

Ermənistan tərəfi zəruri daxili prosedurları yerinə yetirdikdən və sənədin ratifikasiyasından sonra "Tramp marşrutu"nun (TRIPP) işə salınması üzrə sazişi imzalayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sosial şəbəkə hesabında məlumat verib.

 

Nazir qeyd edib ki, sözügedən sənəddə ABŞ-ın dövlət katibi Marko Rubionun imzası var: "Mən çərçivə sazişini imzaladım. Bu saziş ABŞ-ın dövlət katibi Marko Rubionun Ermənistana səfəri zamanı paraflanmışdı. O, artıq sənədin altına öz imzasını qoyub. Beləliklə, müqavilə ratifikasiya üçün hazırdır".

 

Nazir sənədin mümkün ratifikasiya müddəti, eləcə də sazişin qüvvəyə minməsindən sonra layihənin həyata keçirilməsinin konkret mərhələləri barədə məlumat verməyib.

 

Qeyd edək ki, mayın 26-da Rubionun İrəvana qısamüddətli səfəri zamanı Ermənistan və ABŞ TRIPP layihəsi çərçivəsində strateji tərəfdaşlıq haqqında çərçivə sazişini və iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq xartiyasını paraflayıblar.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.