Sabah Ermənistanda parlament sekiləridir: SEÇİCİLƏR KİMİ VƏ NƏYİ SEÇƏCƏKLƏR?
VİDEO

Ermənistanda parlament seçkilərinə lap az qaldı. Sabah ölkə vətəndaşları seçki bülletenində 18 siyasi partiya və ittifaq arasında seçim edəcəklər.

 

Senzor.az xatırladır ki, Ermənistan parlamenti proporsional sistem üzrə, yəni yalnız partiya siyahıları ilə seçilir. Ermənistan Milli Məclisinin 9-cu çağırışında deputat yerləri uğrunda mübarizə aparan siyasi qüvvələrdən 16-sı siyasi partiya, 2-si isə partiya ittifaqıdır. Parlamentə daxil olmaqdan ötrü limit partiyalar üçün 4 faiz, ittifaqlar üçün isə 8 faizdir.

 

Qanunvericiliyin xüsusiyyətlərinə görə, bu və ya digər qüvvəyə əlavə mandatların verilməsi üçün normalar olmadığı təqdirdə, ən azı 105 deputat seçiləcək. 

 

Vətəndaşlar və media seçkilərdə favoritləri kimi üç əsas namizədi göstərirlər. Bunlar indiki Baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası, rusiyalı iş adamı Samuel Karapetyanın "Güclü Ermənistan" alyansı və keçmiş prezident Robert Köçəryanın "Ermənistan" alyansıdır.

 

Ekspertlər deyirlər ki, məsələ təkcə bu şəxslər və ya siyasi qüvvələrlə bağlı deyil. Çünki Ermənistan 7 iyun parlament seçkilərinə sadəcə növbəti siyasi mövsüm dəyişikliyini yaşayan adi postsovet respublikası kimi getmir. Yəni bu dəfə məsələ təkcə parlamentin tərkibindən, Nikol Paşinyanın siyasi taleyindən və hakim “Vətəndaş müqaviləsi” partiyasının iqtidarda qalıb-qalmayacağından ibarət deyil. Ermənistanın qarşısında daha sərt və taleyüklü sual dayanır: ölkə İkinci Qarabağ müharibəsindən və Azərbaycanın öz suverenliyini tam bərpa etməsindən sonra yaranmış reallıqda qalacaq, yoxsa yenidən siyasi miflər, revanşist xülyalar və Rusiya himayəsi dünyasına qayıtmağa cəhd göstərəcək?

 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.