İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək
VİDEO

Sabah İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü keçiriləcək.

 

Senzor.az bildirir ki, bu barədə "Haber Global" Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, Hakan Fidan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvilinin iştirak edəcəyi görüşdə üç ölkə arasında mövcud əməkdaşlıq nəzərdən keçiriləcək və qarşıdakı dövr üçün birgə fəaliyyət sahələri müzakirə ediləcək.

 

Görüşün gündəliyindəki əsas mövzuların regional proseslər, xarici siyasət məsələləri və Cənubi Qafqazda əməkdaşlıq, nəqliyyat, regional tranzit şəbəkələrinin gücləndirilməsi və enerji təhlükəsizliyi, ticarət və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi olduğu bildirilir.

 

Mənbələr qeyd edib ki, H.Fidan geosiyasi qeyri-müəyyənliklərin, iqtisadi çətinliklərin və təhlükəsizlik problemlərinin artdığı dövrdə Cənubi Qafqazın strateji əhəmiyyətinin daha da artdığını vurğulayacaq.

 

Görüşdə ölkələr arasında üçtərəfli əməkdaşlıq mexanizminin bölgədə sabitliyi və rifahı təşviq edən vacib və nəticəyönümlü platforma olduğu, Türkiyənin Azərbaycan və Gürcüstanla güclü və çoxşaxəli əlaqələrinin regional sabitliyə və iqtisadi inteqrasiyaya əhəmiyyətli töhfələr verdiyi vurğulanacaq.

 

Bakı-Tbilisi-Qars dəmiryolu xətti başda olmaqla Orta Dəhlizdə regional nəqliyyat layihələrinin, gücləndirilməsi, logistika şəbəkələrinin inkişaf etdirilməsi və nəqliyyat imkanlarının artırılması diqqət mərkəzində olacaq.

 



 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.