Ermənistanda parlament seçkiləri: SƏSVERMƏ BAŞA ÇATDI

Ermənistanda keçirilən parlament seçkilərində səsvermə başa çatıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, saat 20:00-a olan məlumata görə, seçicilərin 58,97 faizi və ya 1 milyon 476 min 597 nəfəri səsvermədə iştirak edib.

 

Yeri gəlmişkən, Ermənistan mətbuatının məlumatına görə, 2021-ci ilin iyun ayında keçirilən əvvəlki parlament seçkilərində seçici fəallığı 49,4 faiz olub.

 

Seçkilərdə ümumilikdə 18 siyasi qüvvə - iki blok və 16 partiya iştirak edib. Parlamentə düşmək üçün partiyalara 4 %, bloklara isə 8 % (iki partiyaya qədər) və 10 % (ikidən çox partiya) hədd müəyyən edilib. Seçici iştirakı üçün hədd nəzərdə tutulmayıb.

 

Ermənistandakı parlament seçkilərini ATƏT/DTİHB-dən 328 və MDB-dən 120 müşahidəçi olmaqla 647 beynəlxalq müşahidəçi, eləcə də 13 yerli vətəndaş nəzarət təşkilatından 2 600-dən çox müşahidəçi izləyib. Seçkiləri işıqlandırmaq üçün akkreditasiya üçün cəmi 181 xarici və 71 yerli media orqanı müraciət edib.

 

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.